İranda terrorçularla atışmada 17 əsgər həlak olmuşdur

 

07

İranın qərbində – Sarvan dövlət sərhədi ərazisində terrorçularla hərbçilər arasında şiddətli atışma baş vermişdir.
Rəsmi məlumatda bildirilir ki, silahlı qarşıdurmada əsgərlərdən 17-si həlak olmuş, 5-i yaralanmış, 4-ü əsir aparılmışdır. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.Hələlik silahlı basqına görə heç bir terror təşkilatının məsuliyyəti öz üzərinə götürmədiyi bildirilir.