İranda zəlzələ baş verib

İranın qərbində 3,7 bal gücündə zəlzələ baş verib.

XALQ.AZ  xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri Kirman şəhərindən 54 km şimalda, ocağı isə 12 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, yanvarın 6-da İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.

Həbib