İranda zəlzələ olub

İranda 3,6 maqnitudalı zəlzələ olub.

XALQ,AZ  xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 01:59-da İsfahan şəhərindən 187  km cənub-qərbdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat daxil olmayıb.

Elgün