İrina Bokova yenidən UNESCO-nun baş direktoru seçilib

 

96

İrina Bokova yenidən UNESCO-nun baş direktoru seçilib. O, 2009-cu ildən bu vəzifəni tutur.

Səsvermə UNESCO-nun Baş konfransında keçirilib. 160 iştirakçı Bokovanın lehinə, 14-ü isə əleyhinə səs verib.

Daha əvvəl o, qurumun İcraiyyə Şurasında səslərin mütləq əksəriyyətini qazanıb.

Peşəkar diplomat olan İrina Bokova Bolqarıstanın BMT yanında daimi nümayəndəliyində işləyib, sonralar Bolqarıstan XİN-ə başçılıq edib.

İ.Bokova UNESCO-ya başçılıq edən ilk qadındır.