İşçisi müdiri bıçaqladı

Sumqayıt şəhərində qətl törədilib.
XALQ.AZ  xəbər verir ki, Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, meyvə-tərəvəz dükanında satıcı işləyən Vüsal Novruzov oranın sahibi, 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçaqlayaraq öldürüb. Hadisənin mübahisə zəıminində törədildiyi bildirilir və V.Novruzov tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, qətlə yetirilən iş adamı Sumqayıtda “Hacı Vüqar” adı ilə tanınıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Orxan