İşçisini zorlayan baş redaktorun kimliyi açıqlanıb

Zorlama-2

Aprelin 18-də Bakının Binəqədi rayonunda qəzet redaksiyasında baş verən zorlanma hadisəsilə bağlı bəzi məqamlar məlum olub. Rayon Polis İdarəsi 5-ci polis bölməsindən verilən məlumata görə, işçisini zorlayan baş redaktorun kimliyi açıqlanıb.

Verilən məlumata görə, iddia olunur ki, hadisə “Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib. Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən 25 yaşlı xanım jurnalist işlədiyi redaksiyanın baş redaktoru Azər Əliyev tərəfindən zorlandığını deyib. Bölmədən bildirilib ki, həmin şikayət Binəqədi rayon Prokurorluğuna göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb. Araşdırmlardan sonra hadisənin həqiqətən də zorlanma olub olmadığı məlum olacaq. Hələlik iddianın həqiqiliyi sübut olunmadığı üçün Azər Əliyev polis tərəfindnə saxlanılmayıb.

Faktla bağlı araşdırma aparılır.