İşğalçılar AZƏRBAYCANI RAKETLƏ VURDU

SILAH

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

XALQ.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini “Şmel” reaktiv odsaçandan atəşə tutub:
“Hərbi qulluqçularımız arasında itki yoxdur. Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır”.