“İslahatçı Gənclər” müsabiqə elan etdi

Islahatci

Gənclər bloq-sayt müsabiqəsində iştiraka dəvət olunur

“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli- mənəvi dəyərlərimiz və görkəmli şəxsiyyətlərimizin mətbuat və sosial şəbəkələrdə təbliği” layihəsini davam etdirir. Birliyin mətbuat katibliyinin məlumatına görə, layihə çərçivəsində 16-29 yaş arası gənclər arasında bloq-sayt müsabiqəsinə start verilir.

Müsabiqə 16-30 aprel 2014-cü il tarixlərini əhatə edəcək. Gənclər bu tarixlərdə milli-mənəvi dəyərlərimiz və tarixi şəxsiyyətlərimiz mövzusunda bloq-sayt hazırlayıb müsabiqəyə təqdim edə bilərlər. Bloq-saytlar ümumilikdə milli-mənəvi dəyərlərimizlə bağlı mövzulara və ayrı-ayrı görkəmli, tarixi şəxsiyyətlərimizə həsr oluna bilər. Bloq-saytı hazırlayan gənclər bloqun adını(linkini) və özü haqda CV-ni 30 aprel 2014-cü il saat 18.00-dən gec olmayaraq genc-liderler@mail.ru ünvanına göndərə bilərlər. Müsabiqə ilə bağlı əlavə sualı olanların işçi qrupunun kordinatoru (055)945-06-66) ilə əlaqə saxlamaları xahiş olunur. Müsabiqəyə təqdim olunan bloq-sayt nümunələri İKT ekspertləri və digər mütəxxəssislərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin yekununda ilk üç yeri qazanan gənclər diplomlar və hədiyyələrə təltif olunacaq.