İslam Kərimov rəqs etdi (VİDEO)

Özbəkistan prezidenti İslam Kərimov avqustun 31-də Daşkənddə müstəqillik gününün şərəfinə təşkil edilən konsert zamanı rəqs edib.
XALQ.AZ-ın məlumatına görə, prezident İslam Kərimov Özbəkistan müstəqilliyinin 23-cü ildönümünə həsr edilmiş təntənəli tədbirdə çıxış edərək özbək xalqını təbrik edib.

“Bu gün xalqımız böyük təntənəylə və sevinclə ən böyük bayramını qeyd edir. Bizim ölkəmizin tarixində ən unudulmaz tarix ölkə müstəqilliyinin 23 illiyidir. Bu gün sizi təbrik etmək mənim üçün olduqca qürürverici və sevindirici haldır. Mənim əzizlərim sizi təbrik edirəm. Bu gözəl bayram münasibətilə Özbəkistanın bütün xalqını səmimi qəlbdən təbrik edirəm” , – deyə prezident qeyd edib.