İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi – FOTOLAR

DSC_0033

“EL-1″ IDMAN TƏŞKİLATININ  IV İslam Həmrəyliyi Oyunlarının təbliğat tədbirləri davam edir.”EL-1” IDMAN TƏŞKİLATI, Bakı Gənclər və İdman İdarəsinin təkilatçılığı ilə  İslam Həmrəyliyi Oyunları  100 gün qalmış BAKI  KUBOKU təbliğat kampaniyası keçirildi

XALQ.AZ-a verilən məlumata görə 4 fevral tarixində Şağan idman kompleksində İslam oyunlarına həsr olunmuş El 1 idman yarışı keçirildi.

Yarışı El 1 Federasiyasının prezidenti Elçin Çobanzadə açıq elan edib.

“ El 1 yarışı şou xarakteri daşıyan idman növüdür. Bu idman növü daha çox mütləq çəkilər olur.Avropada belə yarışlara insanların marağı hədsizdir. Biz  komanda olaraq  federasiyamızın inkişafı üçün bacardığımızı edirik. Bu gün  keçirdiyimiz yarışı məhz İslam oyunlarına dəstək yarışı kimi qiymətləndirdik .”

Yarışda Millət vəkili Ağacan Abiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin rəis müavini Rəşad Əliyev, İslam Həmrəyliyi oyunlarının Əməliyyat Komitəsinin direktoru  Elçin Səfərov iştirak etmişdir.

Ağacan Abiyev – “Bizim idmançılar özlərini olimpiadada sınayırlar, böyük idman yarışlarında sınayırlar təbii ki, hər birindən yaxşı nəticə gözləyirik.”

Rəşad Əliyev – “Bizim idmançıların uğuru, onların nailiyyəti bizim ölkənin adıdır, o səbəbdən də onların kiçik uğuruna belə sevinirəm.”

Elçin Səfərov – “Biz idman  ölkəsi olaraq artıq dünyada tanınırıq, bu gün ölkəmizdə həm idmançılar, həm idman həvəskarları, həm də könüllülərimiz öz bacardıqlarını edirlər. Hər kəs ölkə adına bacardığını edir. Hər kəsə uğurlar arzu edirəm.”

Qeyd edək ki, İslam Oyunlarına həsr olunmuş El 1 yarışı, EL 1 İdman təşkilatının,Bakı şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı, Sobsan,Payım,Technol,Bioloji Təbabət klinikası, İstanbul reklam, şirkətlərinin  dəstəyi XALQ.AZ-ın portalının informasiya dəstəyi ilə keçirildi.

Yarışın sonunda  təşkilati dəstək verən şirkətlərə  İslam Həmrəylik Oyunlarınının Əməlliyat Komitəsinin rəmzi hədiyyələri təqdim olunub qaliblərv mükafanlandırılıb və xatirə şəkli çəkdiriblər.

DSC_0081DSC_0154DSC_0145DSC_0033

 

DSC_0066 DSC_0093 DSC_0089 DSC_0135 DSC_0139 DSC_0141 DSC_0154 DSC_0190 DSC_0257 DSC_0287 DSC_0300 DSC_0300 DSC_0304 DSC_0319 DSC_0320 DSC_0362 DSC_0367 DSC_0367 DSC_0396 DSC_0406 DSC_0011 DSC_0004