İslam Oyunlarının ilk günündə iki medal qazanıldı

 

07

Azərbaycan karateçiləri İslam Oyunlarının ilk günündə iki medal qazanıb

İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Oyunlarının ilk günündə Azərbaycan karateçiləri uğurlu çıxış edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, idmançılarımız 1 qızıl və 1 gümüş medal qazanıb.

İslam oyunlarında 4 görüş keçirən Ayxan Mamayev ilk iki döyüşdə 8:0, üçüncü döyüşdə 1:0 hesablı qələbə qazanıb. Finalda isə karateçimiz Misir idmançısı Hani Keştanı 9:1 hesabı ilə məğlub edib.

Öz növbəsində Şahin Atamov ilk döyüşdə 5:3, ikincidə 2:0, yarımfinalda isə 1:0 hesabı ilə qalib gəlib. Yalnız finada iranlı rəqibinə məğlub olan Ş.Atamov Azərbaycan millisinə III İslam Oyunlarında ilk medalı qazandırıb.


Comments are closed.