İsrail prezidentinin inaqurasiyası keçirildi

Israil-1

İsraildə prezident Reuven Rivlinin inaqurasiya mərasimi keçirilib.

XALQ.AZ-ın məlumatına görə, o, Şimon Peresi dövlət başçısı postunda əvəz edəcək.

Rivlin Knessetdə İsrailin baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi “Likud” sağ partiyasını təmsil edirdi.

Rivlin İsraildə ərəb azlığına geniş hüquqların verilməsinin tərəfdarıdır.

İsraildə prezidentin vəzifəsi siyasi olmayan ənənəvi mərasim hesab edilir. Dövlət başçısını yeddi illik seçirlər.

Rivlin İsrailin 10-cu prezidenti olacaq.