İTV-nin Yayım Şurasına namizədləri kimlərdir?

ITV

 

Milli Məclisin Mədəniyyət Komitəsinin bugünkü icasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin təyin edilməsi məsələsinə baxılıb. XALQ.AZ-ın məlumatına görə, icasda çıxış edən komitənin sədri Rəfael Hüseynov bildirib ki, İTV-nin Yayım Şurasına üzv kimi iclasda Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli, AMEA Folklor İnastitunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi-Aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovun namizədliyi irəli sürülüb.

İclasda namizədlərin plenar iclasa tövsiyə olunması üçün səsvermə keçirilib