İTV-nin yeni seçilmiş rəhbəri Balakişi Qasımov kimdir-Dosye

İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

XALQ.AZ məlumat verir ki, Balakişi Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.”Kim? Harda? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harda? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.
O, orta təhsili Bakı şəhərindəki 1 saylı orta məktəbdə alıb. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.
2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə “Kim? Harda? Nə vaxt?” oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olub. “Kim? Harda? Nə vaxt?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olmuşdu.
Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.

XALQ.AZ kollektivi Balakişi Qasımovu icraçı direktor seçilməsi münasibəti ilə təbrik edir, və gələcək işlərində uğurlar arzulayır.

Фото Bahram Arif Bagirzade.

Фото Нармины Меа.

Картинки по запросу Balakişi Qasımov

Картинки по запросу Balakişi Qasımov

Картинки по запросу Balakişi Qasımov