Jirinovski başına buzlu su tökdü (FOTO)

Jirnov

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski dünyada, o cümlədən də sosial şəbəkələrdə geniş yayılan “Buzlu su ilə dəstək” kampaniyasına qoşulub.

XALQ.AZ-ın “Vesti”yə istinadən verdiyi məlumata görə, ALS xəstəliyinə diqqəti cəlb etmək və onlara maddi yardım üçün başladılan bu kampaniyaya qoşulanlan siyasətçilərin sayı artmaqda davam edir.

Belə ki, bu gün tanınmış siyasətçilərdən olan Vladimir Jirinovski də bu siyahıya daxil olub. O, partiya üzvləri ilə birlikdə kampaniyaya qoşularaq, başlarına buzlu su töküblər.

Qeyd edək ki, bu aksiyaya Rusiyanın bir çox tanınmış siyasətçiləri, dövlət məmurları həmin aksiyada iştirak edib. Jirinovski də, bundan sonra həmin aksiyanın davam etdirilməsinin vacib olduğunu bildirib. O, siyasətçi həmkarlarnı mesaj da göndərib.

“Bundan sonra da siyasətçilər ALS xəstələrinə diqqət yetirməlidirlər. Onların borcudur ki, həmin xəstələrə qayğı göstərsin. Kim bu aksiyada iştirak etməyəcəksə və həmin problemə diqqət etməyəcəksə, biz onları adam hesab etmirik”, – deyə Vladimir Jirinovsk bildirib.

Jirnov