Jurnalist Abşeron RİH-dən prezidentə şikayət etdi

rufet

Əziz həmkarlar, Abşeron RİH və DƏDRX tərəfindən məruz qaldığım bürokratik süründürməçiliyin bitməsində köməyinizə ehtiyac var. Yetim bir jurnalisti süründürməkdən zövq alan məmurları anlamaq istərdim, amma təəssüf ki, anlamaq çətindir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Cənab Prezident!

10 ildir jurnalist olaraq insanların problemlərini işıqlandırıram, amma özüm Abşeronda məmur süründürməçiliyi ilə üzləşmişəm. 2004-cü ildə anam Gülarə Məcidovanın adına aldığımız torpaq sahəsində atamın 10 il əvvəl tikdiyi ikiotaqlı yarımtikilini tamamlamaq, iki balamla ev sahibi olmaq istəyirəm. Lakin Abşeron RİH-dən hansısa səbəblərə görə, imkan vermirlər, müxtəlif bəhanələr gətirirlər. Konkret söz deyilmədiyindən, idarələr arasında qalmışam. Torpağın hansısa sənədləri 2005-ci ildə DƏDRX-də “itirilib” və torpağın sənədləri rəhmətlik atamdan alınıb, nəticədə bizə verilən qeydiyyat vəsiqəsi isə ancaq birinci tikili üçündür. Hazırda o sahədə ikinci tikili üçün isə 13 il əvvəl anamın adına aldığımız torpaq sahəsini yenidən “almalıyıqmış”. RİH göndərir DƏDRX-yə, DƏDRX göndərir bələdiyyəyə, bələdiyyə arxivə, arxivdə isə axtardığım sənədləri tapa bilmirəm. Hazırda köməksizəm və günlərim idarələri gəzməklə keçir. Torpaq sahəsi ilə bağlı sənədləri toplamaq, qanunla iş görmək istəyirəm, amma mənə süni əngəllər yaradırlar, süründürürlər. Çox güman ki, 15.07.2016 tarixində “Yeni Bakı” ilə bağlı mənə müsahibə verib sonra danan, nəticədə məni məhkəmələrdə süründürən Abşeronun baş memarı Akif Əliyev Sizə fevral ayında etdiyim şikayətin qisasını alır. Xahiş edirəm, anam Gülarə Seyidağa qızı Məcidovanın mülkiyyət hüquqlarının bərpası və mənim iki balam üçün ev tikə bilməyim üçün müvafiq göstərişlər verəsiniz.

Hörmətlə,

Rüfət Seyidəhməd oğlu Əhmədzadə
+99450 393 32 95

Jurnalist Abşeron RİH-dən prezidentə şikayət etdi
Jurnalist Abşeron RİH-dən prezidentə şikayət etdi

Jurnalist Abşeron RİH-dən prezidentə şikayət etdi

Jurnalist Abşeron RİH-dən prezidentə şikayət etdi

Jurnalist Abşeron RİH-dən prezidentə şikayət etdi


Comments are closed.