Jurnalist işi üçün həkimlə yatdı

intim

Britaniyanın məşhur “Sunday Times” qəzetinin bir məxfi müxbiri və təhqiqat jurnalisti qadağan olunmuş qadın sünnəti ilə əlaqədar material hazırlayarkən informasiya toplamaq naminə bir diş həkimi ilə seksual əlaqədə olub.

Bəli, məxfi jurnalist. İndi Britaniyada məxfi jurnalist peşəsi məxfi agent peşəsi qədər heç kimi təəccübləndirmir.

Təhqiqat jurnalistləri fakt toplamaq üçün saxta adlarla saxta görüşlər təşkil edir, gizli çəkiliş aparır və həqiqətin dibinə çatırlar.

Lakin “Sunday Times” qəzetinin bu fakttoplama əməliyyatı hətta son dərəcə liberal Britaniya mətbuatını da şoka salıb.

JURNALİSTİKANIN ŞEYXİ

Qadın sünnəti ilə gizli məşğul olan iki kişini “tora salmaq” əməliyyatını Btitaniya mətbuatında saxta görüş tələləri qurmaqda ad çıxarmış başqa bir təhqiqat jurnalisti Məzhər Mahmud təşkil edib.

“Sunday Times” qanunsuz qadın sünnəti və ya elmi adı ilə deyilərsə, Qadın Cinsi Orqanının Amputasiyası ilə bağlı təhqiqat materialını ötən apreldə dərc edib. Məqalənin dərcindən az sonra Britaniya polisi 2003-cü ildən bəri qadağan olunmuş praktikanı həyata keçirməkdə şübhəli bilinən iki kişini həbs edib. Lakin prokurorluq bəyan edib ki, jurnalistin verdiyi ifadə inandırıcı və aydın olmadığına görə, bu iki nəfərə qarşı cinayət işi qaldırılmayacaq.

Bu işlə əlaqədar keçirilmiş məhkəmə dinləməsində açıqlanan məlumatlara görə, adı çəkilməyən junalist Birmingem şəhərində bir mənzilə gedərək, orada Somali əsilli, 56 yaşlı dentist Omar Addou ilə cinsi əlaqədə olub. Jurnalist mənzildə olduğu vaxt çantasında yerləşdirilmiş gizli kamera ilə çəkiliş aparıb. Çəkiliş üçün avadanlığı həmin bu Məzhər təşkil edib. Məzhəri Briytaniyada “saxta şeyx” kimi tanıyaırlar, çünki o, vaxtilə varlı şeyx qiyafəsinə girərərək idman korrupsiyası şəbəkəsini faş edib. “Saxta şeyx” hətta şahzadə Endryunun xanımı Sara Ferqyuzonu da tora sala bilib və onun rüşvət dolu çantanı qəbul etməsini lentə alıb.

“Saxta şeyx”, cənab Məzhər Mahmud hazırda bulvar mətbuatının kralı olan “Sun” qəzetində çalışır, lakin “Sunday Times” qəzetində dərc olunmuş məqaləyə giriş hissəni o yazıb.

HƏQİQƏT NAMİNƏ SEKS

Hələlik adı çəkilməyən jurnalistin 33 yaşlı və Qana əsilli qadın olduğu bildirilir.

Ədliyyə bu qənaətdədir ki, jurnalistin fakt toplamaq üçün ən müxtəlif üsullara əl atmağa haqqı ola bilər, lakin bu halda müxbir etika həddini aşıb.

Britaniya Kral Prokurorluq İdarəsi məqalədə adı çəkilən iki şübhəlinin işinə xitam versə də, indi qəzet əl çəkmir.

“Sunday Times” iddia edir ki, jurnalist qadınların qanunsuz sünnət edilməsi praktikasını faş edən material hazırlamaq üçün fədakarlıq edib və onun məqalədə göstərdiyi faktlar dəqiqdir.

Məhkəmə dinləməsi zamanı jurnalistlə seksual əlaqədə olduğu iddia edilən diş həkimi Omar Addou deyib ki, o, qadın sünnəti praktikasının ən kəskin əleyhdarıdır.

Doğrudan da gizli şəkildə videoya çəkilmiş söhbətdə doktor Addou qadın sünnətinin fəlakətlərindən söz açır, hətta bu əməliyyat üçün lazım olan alətləri nümayiş etdirir. Maraqlısı budur ki, bu alətlər onun mənzilində nə gəzirmiş?…

ŞTATDANKƏNAR MÜXBİRİN QƏFİL SANCISI

Vieodan görünür ki, bu məqamda müxbir qadının qarnını sancı tutur və həkim ilk yardım göstərmək üçün nədənsə, əvvəlcə onun döş nahiyəsini, sonra isə adının çəkilməsi burada yerinə düşməyən başqa bir nahiyəsini müayinə edir.

Yalnız bundan sonra həkim və müxbir-pasient yataq otağına keçirlər. Onlar bir saatdan sonra yataq otağından çıxanda, doktor Addou deyir: “Mən bunu sənin üçün edərəm. Amma bu, sən, mən və Allah arasında sirr olaraq qalmalıdır”.

Məqalə “Sunday Times” qəzetində dərc ediləndən sonra cənab Addou və müxbiri onun yanına göndərmiş sahə həkimi həbs ediliblər.

Dinləmədən bəlli olur ki, məxfi müxbir əvvəlcə sahə həkiminin yanınana gedərək özünü 10 və 13 yaşlı iki qızını sünnət etdirmək istəyən ana kimi göstərib və ondan həmin bu diş həkiminin ünvanını alıb.

BRİTANİYADA 66 MİN QADIN SÜNNƏT EDİLİB

Polis dindirməsi zamanı diş həkimi and-aman edib ki, o, qız sünnəti ilə məşğul olmur, bunun qəti əleyhdarıdır, çünki vaxtilə onun anasını və arvadını da çox pis sünnət ediblər.

Amma diş həkimi məxfi müxbirlə cinsi əlaqədə olduğunu etiraf edib.

Bunda isə cinayət tərkibi yoxdur. Burda, əslində heç jurnalst təhqiqatı da yoxdur.

İndi cənab Addou cinayəti sübut olunmasa belə, Britaniya Dentistlərinin Reyestrindən çıxarıla, lisenziyası əlindən alına bilər.

Lakin əgər onun cinayəti, yəni qızları sünnət etməklə məşğul olduğu üzə çıxarsa, onu 14 illik həbsxana cəzası gözləyir.

Britaniyada qız sünnəti qanunla qadağan edilsə də, əsasən Afrikadan və bir sıra müsəlman ölkələrindən olan ailələr qızlarının cinsi orqanlarını gizli və qanunsuz yollarla sünnət etdirirlər.

Bu xalqların mədəniyyətində qız sünnəti qadın əxlaqını qorumaq məqsədi ilə edilir. Yəni cinsi orqanı amputasiya edilən qadın, artıq seksual əlaqədən həzz ala bilmir və ona görə də əxlaqsız davranışlara getmir.

Britaniya Milli Səhiyyə İdarəsinin məlumatına görə, indiyədək ölkədə qanunsuz olaraq 66 min qadın sünnət əməliyyatına məruz qalıb.

Öz növbəsində “Sunday Times” qəzeti bildirir ki, məqaləni hazırlamış gənc jurnalist qadın ştatdandankənar müxbirdir.

Gör indi ştatdankənar olmasa, nə təhqiqatlar aparardı.