Jurnalistlər üçün tikilən binadan yeni xəbər-Foto

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən  üçüncü binanın eskiz layihəsinin fotoları yayılıb.

XALQ.AZ məlumat verir ki, Ölkə başçısı İlham Əliyevin   “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam uğurla icra olunur.  Prezident İlham Əliyev  2013-cü ildə 156  və  2017-ci ildə isə jurnalisltlərə 255 mənzil hədiyyə etmişdir. 20 iyul 2017 -ci ildə jurnalistlərə mənzillərin təqdimatı günü   prezident İlham Əliyev tərəfində üçüncu binanın təməlini qoyulmuşdur. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün tikilən üçüncü binanın istifadəyə veriləcəyi tarixi bildirmişdir. Jurnalistlər üçün titkilən üçüncü bina 2020-ci ildə istefadəyə veriləcək. “Hazırda binada tikinti işləri sürətlə gedir. Qeyd edək ki, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 22 milyon manatdan artıq vəsait sərf olunub.

Jurnalistlər üçün tikilən üçüncu binanın eskis layihəsini təqdim edirik.  Binada 255 mənzil olacaq.