Jurnalistlər cəbhə xəttinə getdi

Jurnalist

Müdafiə nazirliyinin rəhbərliyilə bir qrup QHT və media nümayəndələrindən ibarət nümayəndə heyətinin cəbhə xəttinə səfəri davam edir.

XALQ.AZ-ın məlumatına görə, nümayəndə heyəti bu dəfə də təmas xəttində yerləşən “N” saylı hərbi hissələrdən birinə gələrək, burada əsgərlərimizin xidmət şəraitilə tanış olublar. Əsgərlərlə görüş zamanı son bir həftədə cəbhədə baş verən hadisələr fonunda ordumuzdakı ruh yüksəkliyindən, bunun müqabilində isə Ermənistan silahlı birləşmələrinin sıralarında isə xidmətdən yayınma hallarının artması xüsusi vurğulanıb.

Daha sonra nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun qarşısını alarkən şəhid olmuş Qaryağdı Əhmədovun ailə üzvlərilə görüşüb. Bildirilib ki, vətən yolunda şəhid olanların hər biri kimi Qaryağdı da heç vaxt unudulmayacaq.

Sabah nümayəndə heyəti səfər çərçivəsində Tovuz və Şəmkir rayonlarında da hərbçilərlə görüş keçirəcək.