Nazirdən yeni təyinat

Kənd Təsərrüfatı Nazirliyində aparılan struktur dəyişikliyi nəticəsində fermerlərlə daha da yaxın təmasın qurulması, onların problemlərini və çağırışlarını qarşılamaq üçün yeni Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb.
XALQ.AZ  xəbər verir ki, nazir İnam Kərimovun əmri ilə İsmayılov Araz Aqşin oğlu yeni yaradılmış şöbəyə rəhbər təyin edilib.
Qeyd edək ki, A.İsmayılov bundan əvvəl 3 saylı Bakı “ASAN xidmət” mərkəzində məsləhətçi (2014-2016), daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsdə Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentinin rəhbəri vəzifəsində çalışıb.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir