Kərəm Həsənov vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Cəlilabad şəhərində vətəndaş qəbulu keçirəcək.

XALQ.AZ xəbər verir ki, Komitədən  bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, ƏMDK-nın sədri Kərəm Həsənov mayın 12-də Cəlilabad şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Qəbulda Cəlilabad rayonu ilə yanaşı, Biləsuvar, Masallı, Yardımlı rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinləniləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), Əmlak Məsələləri Dövlət Komitəsinin 15 saylı ərazi şöbəsinin (02524) 5-50-29, 5-50-03 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin (02524) 5-10-80 nömrələri ilə əlaqə saxlaya bilərlər.

 

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir