Kəbə yenilənir

04

 

Müqəddəs torpaqlarda yenidənqurma işləri aparılır

 

Həcc ziyarətinin yaxınlaşdığını və bu il ziyarətə gələn insanların artdığını nəzərə alan Səudiyyə Ərəbistanının hökuməti müqəddəs Məkkə şəhərindəki Kəbənin ətrafında apardığı genişləndirmə işlərini yekunlaşdırmaqdadır.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, Kəbənin ətrafındakı tikililər sökülərək 51 metr aralıda yenidən tikilmişdir. Bundan əlavə, qadınlar və kişilər üçün ayrı-ayrılıqda 1500 hamam otağı inşa edilmişdir. Hamam otaqlarının sayı 6 minə çatdırılmışdır. Həccə gələn fiziki imkanları məhdud insanlar üçün xüsusi yollar salınmışdır ki, onlar kütləvi ziyarət zamanı əziyyət çəkməsinlər.