Kənan M.M həbs olundu (Yenilənib)

1

 

 

Məşhur rejissor Kənan M.M həbs olunub. 

 

Binəqədi Rayon Polis İdarəsindən XALQ.AZ-a verilən məlumata görə, rejissor dünən saxlanılıb. Binəqədi Rayon Polis İdarəsin növbətçisi polis əməkdaşı Hüseynovun əməkdaşlarımıza bildirdiyinə görə Kənan saxlanılıb, xuliqanlıq etdiyinə görə, ətraflı məlumatı qısa zamanda içtimayyətə təqdim olunacaq. Tanınmış rejissor üçünKənan M.M-ə xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.

XALQ.AZ -ın əldə etdiyi yeni məlumata görə, rejissor bir neçə nəfərlə birləşərək Binəqədidə “razborka”ya gedib. Kənan M.M-in dəstəsində 4-5 nəfərin olduğu bildirilir.

 


 

Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər 

 

 

Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər. Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Vüqar Muradov “Yeni Ulduz” yarışmasının iştirakçısı olub və hazırda müğənni kimi tanınır.
******
Ötən gün saxlanılan məşhur rejissor Kənan M.M sərbəst buraxılıb. MediaPost.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsində dindirilən məşhur rejissor sonradan sərbəst buraxılıb. Məlumata görə, müğənni Vüqar Muradov polis bölməsinə gələrək ondan şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kənan MM xuliqanlıqda ittiham olunub.

Onun barəsində Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq müddəsilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun məlumatına görə, Kənan Mahmudov müğənni Vüqar Muradov və onun qardaşını döydüyü üçün saxlanılıb.

Belə ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət edərək bildiriblər ki, Kənan Muradov bir qrup şəxslə onları döyüblər.

Saxlanılan Kənan Mahmudov əməllərini etiraf edib.