Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat olub.

XALQ.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifəyə Bayandur Rzayev gətirilib.

Qeyd edək ki, Bayandur Rzayev bundan əvvəl 6 ildən artıq müddətdə Gəncə şəhər Baytaqlıq İdarəsinin rəisi olub və yeni vəzifəsində Azər Süleymanovu əvəz edib.

 

 

Orxan