Kəndləri ilanlar basıb

01

 

 

Cəbhə kəndlərinə ilan sürüləri hücum çəkib

Təmas xəttinə yaxın ərazilərdə ilanlar çoxalıb. Xalq.az SİA-nın istinadən xəbər verir ki, ilanların çoxalmasına əsas səbəb ermənilərin işğal altında yerləşən ərazilərdə törətdikləri yanğınlardır. Rayon sakinlər bildirir ki, alovdan canını qurtaran ilanlar qaçaraq cəbhəyanı ərazilərə üz tutur. Bunlar əsasən qızıl ilan və qafqaz gürzələridir.

Sakinlərin sözlərinə görə, ilanlar daha çox soğan sahələrinə meyl edirlər. Bu səbəbdən də sakinlər məhsul toplamaqda çətinlik çəkirlər.
Otlaq sahələrində ilanların çoxalması həmçinin heyvanların örüşə buraxılmasında da çətinlik yaradıb. Bu günlərdə bir necə iribuynuzlu heyvanı ilan vuraraq öldürüb.

Qeyd edək ki, cəbhə kəndlərində ilanlarla bərabər digər yırtıcı heyvanların çoxluğu da müşahidə edilir.