Kadırov filmə çəkildi (VİDEO)

Ramzan Kadırov qısametrajlı “Sehirli daraq” filminə çəkilib.

XALQ.AZ-ın məlumatına görə, Çeçen lideri öz instaqram səhifəsində xəbər verib.

“Film demək olar ki, heç bir maddi xərc olmadan, bir dubla, bir kamera ilə qısa vaxt ərzində çəlilib. Qeyd etmək istəyirəm ki, hətta bəzən improvizə edərək, hamı bir nəfəsə işlədi”- deyə Kadırov “İnstaqram”da yazıb.

Çeçen lideri filmin sujet xətti barədə də yazıb.

“Burada filmin qəhrəmanı insanı köhnə dövrə apara bilən dəbilqə barədə xəbər eşidir. O dəbilqəni tapır və qədim dövrə düşür”- deyə Kadırov qeyd edib.
Onun sözlərinə görə, “əcdadlarımızın necə gözəl yaşadıqları, bir-birlərinə hörmətlə davranmaqları, qonağı gözəl qarşılamaları, əməyi sevib əsl döyüşçü hazırlamaları” filmdə öz əksini tapıb.

Filmin trilleri və çəkiliş meydançasında çəkilən fotoları sizə təqdim edirik.