Kamran Ağayev sıradan çıxdı

Kamran

Azərbaycan millisinin əsas qolkiperi Kamran Ağayev ciddi zədə alıb.

XALQ.AZ-ın məlumatına görə, “Qəbələ” klubunun üzvü məşqdə zədələnib.

Hazırda Hollandiyada təlim-məşq toplanışında olan klubun qapıçısı minimum 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Klubdan verilən məlumata görə, Kamran Ağayevin diz bağlarında problem yaranıb.

Qeyd edək ki, Azərbaycan millisi avqustun 20-də Özbəkistanla keçirəcəyi yoldaşlıq görüşündə Kamran Ağayevin xidmətlərindən istifadə edə bilməyəcək.