«Karolina Valiant» alıcıları necə aldadır?-Araşdırma

15

 

Bir ara telekanallarda ən çox reklam olunan şirkətlərdən biri də «Karolina Valinat» idi. «Karolina Valiant» öz məhsullarının Avropa ölkələrindən gəldiyini bildirir. Lakin müştərilər müəyyən ediblər ki, şirkət bu zaman iki böyük saxtakarlıq etməklə daha çox qazanc əldə etməyə nail olur. Birinci saxtakarlıq odur ki, şirkətin satışa çıxardığı məhsulların heç biri Avropa istehsalı deyil. Və onların istehsal edildiyi ölkə Çindir. Təbii ki, Çinlə Avropa malını müqayisə etməyin də yeri yoxdur. İkinci saxtakarlıq isə Çin malını Avropa adı altında baha qiymətə satmasıdır.

Bununla bağlı müştərilər vurğulayırlar ki, «Binə» Ticarət Mərkəzində yerləşən şirkətin dükanlarından aldıqları xəz kürkü yoxlatdırdıqdan sonra məlum olub ki, məhsul saxtadır. Üstəlik də, bazar qiymətindən 1800 manat bahadır. «Marka» adı altında satışa çıxarılmış eyni məhsulun Çində istehsal olunduğu və «Binə»də 1400 manata satıldığı da aşkarlanıb. Amma şirkət rəsmilərinə bununla bağlı edilən şikayətlərə isə əhəmiyyət belə vermir. Malı satdıqdan sonra onu qəti şəkildə geri qaytarmayan «Karolina Valiant»ın rəsmiləri və satıcıları onlara kimsənin nəsə edə biləcəyini düşünmürlər. Bakı sakinləri bir müddət əvvəl baha qiymətə aldığı xəz kürkü yoxlatdırarkən məlum olub ki, o Avropa istehsalı deyil. Həmçinin xəz-dəri işləri ilə məşğul olanlar da təsdiqləyib ki, «Karolina Valiant»ın satdığı məhsulların hamısı saxtadır və onlar bir müddətdən sonra sıradan çıxmağa başlayır.

Həmçinin 3200 manata alınan kürkün bazarda 1400 manata, özü də Çin istehsalı olması isə müştəriləri lap özündən çıxarıb. Böyük məşəqqətlər hesabına kürkü geri qaytarmağa nail olan bəzi alıcılar əhaliyə müraciət edərək vurğulayırlar ki, kimsə «Karolina Valiant»a üz tutmasın. «Onların sadəcə olaraq bir üstünlükləri var ki, çeşidləri boldur. Başqa bir özəllikləri yoxdur. Saxta malların satışını təşkil edən bu şirkətdə çoxları yanıb, başqalarının yanmasını isə istəmirik».

Apardığımız araşdırmalar zamanı bu məhzulların Çində gətrildiyi öz təsdiqini tapıb. AZERİNFO.ORG bununla bağlı sualına cavab verən ekspert Cavad Qurbanov bu malların həqiqətən Çin istehsalı olduğunu təsdiqləyib. Ekspert bu gün Azərbaycanda satılan xəz dəri geyimlərinin 90 fazizinin saxta mal olduğunu bildirir. Ekspert hesab edir ki,«Karolina Valinat»ın satışa çıxardığı bu geyimlər Çindən 250-300 AZN əldə edilir və burada baha qiymətə satılır.

Bir sözlə «Karolina Valinat» reklam yolu ilə insanları aldadaraq,milyonlar qazanmaqda davam edir.AZERİNFO.ORG