“Kaş ki, daha kiçik sinəm olsaydı”

M-3

Dünyanın ən məşhur supermodellərindən biri, amerikalı Keyt Apton səmimi etiraflar edib.

Xalq.az-ın xəbərinə görə, moda dünyasının son dövrdəki ən populyar simalarından biri olan Keyt Apton sinəsi ilə bağlı maraqlı açıqlama verib.

İngiltərədə yayımlanan “The Sun On Sunday” qəzetinə müsahibə verən Apton, “Həyatımın hər günü kaş ki, daha kiçik sinəm olsaydı deyirəm” – deyə səmimi etiraf edib.

Gözəl bədən quruluşu ilə moda və maqazin jurnallarını bəzəyən 21 yaşlı supermodel sinəsinin böyüklüyündən şikayətlənib:
“Sinəm kiik olsaydı, beləcə dar bluzlar və ya daha kiçik bədən ölçüsü olan bikinilər geyinə bilərdim. Hətta büsthaltersiz də gəzərdim.”

Lakin buna baxmayaraq, sinəsini sevdiyini söyləyən Apton, sonda vücudu ilə qürur duyduğunu, gənc qızların da onun kimi öz bədənindən razı olmalarını vurğulayıb.

Qeyd edək ki, məşhur amerikalı supermodel Keyt Apton 20 milyon dollar müqabilində bədənini sığorta etdirib.

M-2

M-3