Keçmiş deputatlara şad xəbər

 

5

 

Millət vəkili Siyavuş Novruzov parlament iclasında keçmiş deputatların qeydinə qalıb.  Belə ki Azərbaycan parlamentinə 1995-ci ildə seçilən şəxslər bizə pensiya problemindən şikayət edirlər. Çünki 1995-ci ildən 2000-ci ilə qədər olan deputatlar pensiyalarını ala bilmirlər. Amma 2000-ci ildən bu yana seçilən deputatların hamısı indiki əmək haqqının 80 faizini pensiya kimi ala bilirlər”. Xalq.az SİA-a istinadən  məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.O qeyd edib ki, səbəb “Sosial sığorta haqqında” qanundur: “Prezident seçkiləri zamanı gördük ki, bəziləri gedib sənəd saxtalaşdırıb və daha yüksək pensiya alırlar. Amma uzun illər qanunvericilik yaradıcılığı ilə məşğul olan şəxslər bunu ala bilmirlər. Xahiş edirəm ki, bu məsələni Sosial siyasət komitəsinə tapşırasınız ki, məsələni diqqətə alıb çıxış yolu tapsın. Onsuzda onların sayı 30-35 nəfərdir”.