Keçmiş hərbiçi dövlət əleyhinə

65

Yaşar Cəfərlinin ofisində dövlət əleyhinə çağırışlar səslənir

 Son vaxtlar bəzi kütləvi informasia vasitələrində Yaşar Cəfərli adlı birisinin Müdafiə Nazirliyi sistemilə bağlı fikirlərinə tez-tez rast ğəlirik. Bu fikirlər daha çox təzadlı məqamları ilə yadda qalır. Məsələ burasındadır ki, biz adı çəkilən bu özündən razı sabiq hərbçinin vaxtilə ordu sıralarından xidməti uyğunsuzluğa görə qovulduğunu, xidmətdə kifayət qədər nöqsanlara yol verdiyini yaxşı bilirik. Onu da KİV-lər vasitəsilə dəqiqləşdirmişik ki, vaxtilə onunla bir ofis və ideyanı bölüşdürən tanınmış hərbi ekspert Üzeyir Cəfərov onun bəzi hərəkətlərinə qiymət verərkən belə bir ciddi bəyanatla çıxış etmişdi ki, Yaşar Cəfərlinin ofisində dövət əleyhinə çağırışlar səslənir.Görünür vaxtilə sabiq müdafizə nazirinini səxavətilə indi rahat-rahat azadlıqda gəzən bu adam düşdüyü vəziyyəti düzğün qiymətləndirməkdə hələ də ciddi çətinlik çəkir. Yoxsa tez-tez mənasız bəyanatlarla çıxış etməz, ictimaiyyətin fikirlərini dolaşığa salmazdı. Yaşar Cəfərlinin bəzi sadəlövh insanların etibarından sui-istifadə etməsi faktı da KİV-lərdə tez-tez özünə yer alan faktlardandır. Onun əsas hədəfi olan sabiq müdafiə naziri haqqında söylədiklərini isə əsl cəfənğiyyat adlandırıram. Ölkənin ən böyük güc strukturuna uzun müddət rəhbərlik etmiş, ümummilli liderimizin inam və etimadını qazınmış bir dövlət xadimi haqqında bu cür etik normaya sığmayan fikirlərin səsləndirilməsini ulu öndərimizin müqəddəs ruhuna sayğısızlıq kimi qiymətləndirir, Yaşar Cəfərlinin fikirlərini qeyri obyektiv hesab edirəm. Mənim fikrimcə, bu cür insanlara tribuna verilməsinin özü də məqsədəuyğun deyil…

 

Ələddin ĞÖLYERİ

 

Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.