Keyfiyyətsiz ifaçıların əlinə bayraq verirlər

4

 

 

Əməkdar artist Tünzalə Ağayeva bayağı mahnılardan danışıb.

XALQ.AZ-ın məlumatına görə, “Günəbaxan” verilişində qonaq olan müğənni insanların sənətə qiymət vermədiklərindən şikayətlənib:

“Keyfiyyətli müğənni ilə keyfiyyətsizin topluma fərqi yoxdur. Məşhurluq bəsitləşib. “Youtube”a adi bir videosunu yerləşdirib insanlara təqdim edən daha çox qazanır, nəinki gözünün nurunu verən, saatlarla dərslər öyrənən şəxs… Bunlar alqışlanmır. Cəmiyyət üçün fərqi yoxdur. Dəhşətdir. Səhnədə bəsitlik, primitivlik yaranır. Keyfiyyətsiz ifaçıların əlinə bayraq verirlər. Fərq qoyulmur deyə, belələrinin də efirdə, cəmiyyətdə dilləri uzanır. İctimaiyyət buna fikir bildirməlidir, yol verməməlidir”.