Kim Çen Inın yeni “oyuncağı”

Kim

Şimali Koreyada prezident Kim Çen Inın şəxsi nəzarəti altında istehsal olunan raketlərin sınağı həyata keçirilib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə France-Presse agentliyi yazır.

Xəbərə görə, yeni raketlər Şimali Koreyanın hərbi sənayesində böyük sıçrayış hesab olunur. Bu raketlər Rusiyanın gəmi əleyhinə X-35 raketləri ilə müqayisə edilir.

Qeyd edək ki, ötən gün Şimali Koreya Yapon dənizinin sahillərində havaya 3 raket buraxmışdı. Siyasi ekspertlər hesab edir ki, Ş.Koreya prezidenti Çin və Cənubi Koreya prezidentlərinin gələn həftə bu ölkəyə səfəri ərəfəsində vəziyyəti gərginləşdirmək üçün bu cür addımlar atır.