KİV-lər səsvermə prosesinin işıqlandırılmasında fəallıq nümayiş etdiriblər

 

12

Kütləvi informasiya vasitələri (KİV) səsvermə prosesinin işıqlandırılmasında fəallıq nümayiş etdirir.
Bu sözləri AzərTAc-a müsahibəsində Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirmişdir.
O qeyd etmişdir ki, Azərbaycan qanunvericiliyində, eləcə də Seçki Məcəlləsində seçki prosesinin maneəsiz işıqlandırılması üçün KİV nümayəndələrinə kifayət qədər şərait yaradılmışdır. Seçki Məcəlləsinə əsasən jurnalistlər seçki komissiyalarının işində iştirak edə, maneəsiz informasiya yaya bilərlər.
MŞ-nin prezident seçkiləri ilə əlaqədar iki istiqamətdə fəaliyyət göstərdiyini deyən Ə.Amaşov vurğulamışdır ki, birinci istiqamətə qurumun idarə heyəti üzvlərinin həm Bakıda, həm də bölgələrdə səsvermə prosesinin işıqlandırılmasında jurnalistlərə yaradılmış şəraitlə bağlı monitorinqin aparılması daxildir. Eyni zamanda, MŞ-nin “qaynar xətti” də fəaliyyət göstərir. Saat 17:00-dək MŞ-yə elə bir ciddi şikayət daxil olmamışdır. Bütün bunlar Azərbaycanda seçkilərin işıqlandırılması üçün KİV nümayəndələrinə hər cür şəraitin yaradıldığını göstərir.


Comments are closed.