Jurnalistlərin nəzərinə

85

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

  1. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
    1) Azad informasiya mühitində mətbuatın inkişaf tendensiyaları

2) Media azadlığı insan hüquqlarının qorunmasında başlıca amildir

3) Cəmiyyətin demokratik tərəqqisində KİV-in yeri və rolu

  1. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
    1) İkili standartlar – Qarabağ probleminin həllinə əsas maneə

2) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri

3) Azərbaycan diplomatiyasının fəaliyyətində Dağlıq Qarabağ münaqişəsi

  1. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
    1) Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində regionların inkişaf proqramları

2) Regionlarda qeyri-neft sektorunun əsas inkişaf istiqamətləri

3) Sosial infrastrukturun yaradılması regionlarda geniş vüsət alır

4.Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mə­dəniyyətinin təbliği
1) Baharın müjdəçisi Novruz

2) Novruz Bayramı –ortaq mənəvi dəyəri kimi

3) Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir

  1. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
    1) Azərbaycan gəncliyinin inkişafında dövlət siyasəti

2) Uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişaf istiqamətləri

3) Qloballaşan dünyada milli ruhda tərbiyə xüsusi əhəmiyyətə malikdir.

  1. İctimai və dövlət maraqlarının qorunması
    1) Dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi

2) İctimai maraqlar milli-mənəvi dəyərlər sistemində

3) Azərbaycançılıq ideologiyası və mənəvi dünyamız.

  1. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi
    1) Azərbaycanın dövlət maraqları beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində

2) Cənubi Qafqazın tərəqqisinə böyük töhfələr verən ölkə – Azərbaycan

3) Beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın rolu.

  1. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
    1) Novruz Bayramı dünya azərbaycanlılarını bir araya gətirən dəyərli ənənədir

2) Azərbaycanda diaspora və lobbiçilik quruculuğu

3) Xaricdə hər bir azərbaycanlı – Azərbaycan daşıyıcısıdır

  1. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
    1) İnformasiya və kommunikasiya ilinin gətirdiyi böyük uğurlar

2) Müasir texnologiyalar iqtisadi tərəqqiyə təkan verir

3) İnkişaf etmiş İKT ölkə iqtisadiyyatının lakomatividir.

  1. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
    1) Azərbaycanın mədəni genefondunun inkişafında çoxmillətlilik amili

2) Din və dövlət münasibətləri milli maraqlar kontekstində

3) Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır.

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

  1. Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır).

  2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

  3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

  4. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

QEYD: İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etməlidirlər.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.

Yazıların qəbul qaydaları

  1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet və jurnal) 1 nüsxə

  2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə

  3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

  4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),

Tələb olunan sənədlər

  1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)

  2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə) ,

  3. Şəxsiyyət vəsiqəsi və surəti,

  4. Şəxsi VÖEN və surəti ,

  5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 11 fevral 2014-cü il tarixində başlayır , 11 mart 2014-cü il tarixdə başa çatır

( 11.03.2014 yazıları təqdim etmək üçün son tarixdir).

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

  • mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

  • materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

  • yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

  • jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

  • ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 10 həvəsləndirici mükafat müəyyən edilir. 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30 baldan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər: İstiqamətlər üzrə 30 (nəfər) qalib hər biri 1000 (bir min) manat, 10 yazı müəllifinə isə 300 (üç yüz) manat məbləğində həvəsləndirici mükafatlar veriləcəkdir. Qaliblər Fondun xüsusi Diplom və Təşəkkürnamələri ilə təltif olunacaqlar.

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
Yazının istiqaməti

Mövzunun adı

Müəllifin Adı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgər varsa)

İşlədiyi KİV

Vəzifəsi

Yazının dərc olunduğu mətbuat orqanı

Ünvanı və poçt indeksi

  • iş telefonu

  • ev telefonu

  • mobil telefonu

  • elektron poçt ünvanı

Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi: “____”__________ 2014-cü il

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 45; (012) 537 19 41;

Elektron ünvan: info@kivdf.gov.az , kivdf.info@gmail.com , kivdf@yahoo.com

Sayt: www.kivdf.gov.az