Kliçko haqda klip hazırlandı (VİDEO)

Krım prokuroru Natalya Poklonskaya haqqında hazırladığı “Nyash Myash” video çarxından sonra sosial şəbəkədə daha da məşhur olan bloger Enjoykin yeni klip hazırlayıb.

XALQ.AZ-ın məlumatına görə, onun yeni klipi “Sabahkı gün” adlanır və Kiyevin meri Vitali Kliçko haqqındadır.

Video çarxı YouTube-da iki gün ərzində yarım milyon baxış yığıb.

“Bu gün hamı sabahkı günə baxa bilmir. Daha doğrusu, baxmağı hamı bacarır, amma hamı görmür”, – Kliçko belə “ifa edir”.

Xüsusi kollajlarla rusdilli videoları dəyişdirən məşhur bloger Enjoykin apreldə krım prokuroru Natalya Poklonskaya haqqında klip çəkdi, video yalnız bir gün ərzində YouTube-da milyon baxış topladı.

Bloger yeni videosu üçün televiziya süjetlərindən, Kliçkonun mətbuat konfransının fraqmentlərindən istifadə edib.