Kliçko uşaq gözləyir

Klicko

Super ağır çəkidə peşəkar boks üzrə dünya çempionu Vladimir Kliçko və xanımı Hayden Panetteri ilk övladlarını gözləyirlər.

XALQ.AZ-ın məlumatına görə, bu barədə məlumat verən mənbə yazıb: “Hayden dəqiq hamilədir”.

Qeyd edək ki, Hayden Panetteri və Vladimir Kliçko 2009-cu ildə tanış olublar. Onlar 2013-cü ildə nişanlanıb.

Aşiqlər 2014-cü ilin yayında evlənmək istəyiblər, amma Ukraynada baş verən qeyri-sabit siyasi hadisələr üzündən toy təxirə salınıb.