Kollec direktoru yeni nazir üçün pul yığır

berde1

Kollec direktoru yeni nazir üçün pul yığır Bərdə Dövlət İdarəetmə Kollecinin rəhbəri Xaləddin Ələkbərov diplomları bu məqsədlə 250 manata satıb

Bərdə Dövlət İdarəetmə Kollecində biabırçı vəziyyət yaşanıb. XALQ.AZ-a verilən məlumata görə, kollecin direktoru Xaləddin Ələkbərov ötən il kolleci bitirmiş tələbələrə diplomlarını rəsmən satıb. Belə ki, o, diplomunu almaq üçün kollecə üz tutan tələbələrin hər birindən 300 manat tələb edib. Sonradan qarşı tərəflərlə danışıqlar apararaq, qiyməti 250 manata qədər endirib. Bir sözlə, keçmiş tələbələr diplomlarını 250 manata almalı olublar. Amma işin qəribə tərəfi odur ki, Xaləddin Ələkbərov bu pulu özünə almadığını deyib. O bildirib ki, yeni təhsil naziri Mikayıl Cabbarov Təhsil Naziri təyin olunandan sonra qiymətləri qaldırıb. Və ona görə də, məcburiyyətdən pul yığaraq, ona çatdırmalıdırlar. Qeyd edək ki, bu deyilənlərin həqiqət olub olmadığını deməkdə çətinlik çəkirik. Hər şeyin mümkün ola biləcəyi düşüncəsindəyik. Görünür, Bərdə Dövlət İdarəetmə Kollecinin direktorunun əlində hansısa əsas var ki, bu cür iddia ilə çıxış edir.

 Respublikamız inkişaf mərhələsini yaşayır Ulu öndərimizin Heydər Əliyevin  hər zaman  məsləhət tövsiyyələrini özümüzə ali bilib Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstək vermək niyyətindəyik. Ölkə başçısının bütün sahələrdə apardığı uğurlu islahatlar bu ğun təhsil sistemindədə həyata keçirilir. Hər zaman bir sıra problemlərlə üzləşən tələbələr artıq islahatların aparılması nəticəsidir ki, bu ğun tələbələrimiz şağirdlərimiz büynəlxalq yarışlarda vətənimizi layiqlə təmsil edirlər. Amma bir sıra təhsil müəssələri bu islahatların aparılmasına nəyinki biganə yanaşırlar hətta öz çirkin əməllərindən əl çəkməyirlər, buna səbəb isə şəxsi ambisiyaları azərbaycanın gələcəyindən daha üstün olmasıdır. Xalq.az saytı olaraq hər zaman şəxsi ambisiyalar üzərində fəaliyyətini quran şəxslərlə öz mübarizəmizi apararaq gənclərimizə dövlət qayğısından yararlanmaq və  suveren ölkəmizdə aparılan islahatlardan məlumatlı olmağa calışacayıq.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.