Komitə əməkdaşları Fəxri Xiyabanda

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və bir qrup diaspor nümayəndəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Fəxri xiyabanda Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Xalq.az-ın məlumatına görə, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri Ümumilli Liderin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.

Qeyd edək ki, 1991-ci ilin dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib.  Həmin ildən etibarən 31 dekabr dünya azərbaycanlılarının  həmrəylik günü  kimi qeyd olunur.

Scroll to top