Komitə sədri vergi ilə bağlı təklif irəli sürdü

“Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var. Həmçinin azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir”

XALQ.AZ  xəbər verir ki, bunu parlamentin son plenar iclasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri qeyd edib ki, vergidən azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir: “Düşünürük ki, bunun nəticəsində vergi yığım bazası da genişlənə bilər. Hazırda bəzi sahələr var ki, bugünkü mərhələdə azadolmaya ehtiyac yoxdur. Vergidən azadolmalar araşdırmalıdır. Azadolmaların obyektiv qiymələndirilməsi aparıldıqdan sonra hökumət qarşısında müəyyən məsələ qaldırıla bilər. Azadolmalar nəticəsində hansı məbləğin itirilməsi müəyyənləşə bilər”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.