Komitə sədri: “Erməni diasporuna xəbərdarlıq edirəm ki…

“Erməni diasporu hazır olsun. Artıq bizim tərəfimizdən bütün istiqamətlərdə Azərbaycan diasporunun birləşməsi gedir”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, ermənilər bu illər ərzində öz çirkin işlərinin qarşılığını alacaqlar.

“Biz onların bütün təxribatlarını bilirik. Onlar çalışırlar ki, dünyanın bir çox ölkələrində təxribatlar həyata keçirsinlər. Bu baxımdan mən bir daha bizim diaspor təşkilatlarımıza səslənirən ki, birləşərək, ümummilli məqsədlərə çatmaq üçün addımlar atsınlar. Bizim torpaqlarımız işğal altındadır, erməni lobbisi və onu dəstəkləyən qruplar artıq bilməlidirlər ki, yaxın zamanlarda onlara çox ciddi zərbələr endiriləcək. Bu, Azərbaycanın ən vacib məsələlərindən olan ərazi bütövlüyü məsələsidir. Bütün azərbaycanlılar Azərbaycan naminə, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması istiqamətlərində diasporun atdığı addımlarda onun yanındadır.
Mən erməni diasporuna xəbərdarlıq edirəm ki, onlar öz çirkin əməllərindən əl çəksinlər. Artıq bizim diaspor təşkilatlarımız birləşir və bu yaxın zamanlarda bizim ictimaiyyət, Azərbaycandan kənarda yaşayan soydaşlarımız bunu görəcəklər”.