Komitə sədri Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı Fəxri Xiyabana gəliblər. 

XALQ.AZ xəbər verir ki, sədr Fuad Muradovun rəhbərliyi ilə baş tutan ziyarətdə komitə heyəti Heydər Əliyevin məzarını ziyarət edib, güllər qoyub, önündə baş əyiblər.

Daha sonra isə H. Əliyevin  həyat yoldaşı, mərhum Zərifə Əliyevin məzarını ziyarət edən F.Muradov qəbir üstünə gül dəstələri qoyub.

Komitə sədri Heydər Əliyevin məzarını ziyarət edib