Koper – Neftçi: 0-1

Neftci

Bu gün futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin oyunlarına yekun vurulur.

XALQ.AZ-ın məlumatına görə, Bakı vaxtı ilə saat 23.30-da başlayan Koper – Neftçi matçında oyunun 25-ci dəqiqəsi gedir, hesab 1-0 bakılıların xeyrinədir.

Meydan sahiblərinin qapısından qolu oyunun 21-ci dəqiqəsində Mirhüseyn Seyidov keçirib.

Qeyd edək ki, ilk oyunda komandamız 2:1 hesabı ilə məğlub olub.

24 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunları
23:30.“Koper” (Sloveniya) – ”Neftçi” (Azərbaycan) (İlk oyun – 2:1) 0:1
Baş hakim: Benoi Millot (Fransa).