Kredit götürüb toy etmək mənə gülməli gəlir

 NAZA

İnsan ayağını yorğanına görə uzatmalıdır, öz boyundan hündürə tullanmamalıdır. Durub banka gedib, kredit götürüb toy etməyəcəm ki? Bu mənə bir az gülməli gəlir”.

XALQ.AZ   xəbər verir ki, bu sözləri xalq artisti Nəzakət Teymurova son günlər müzakirə edilən toy mərasimləri ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, toy sahiblərinin məclislərinə baha qiymətə müğənni çağırmasını anlamır:

“İnsanlar belə şeylərə niyə gedirlər başa düşə bilmirəm. İmkanın nəyə çatır, o cür elə də. Eyni zamanda, musiqiçilərin, müğənnilərin əksəriyyəti gəlib toyda fonoqramma ilə oxuyurlar. Məcburdur ki, sənin toyunu baha qiymətə gəlib fonoqramma ilə oxuyan müğənni aparsın? Həm də, vallah, səsi yüksək olanlar pul məsələsində elə də yüksəkdən getmirlər. Bəzi ifaçılardır ki, əvvəldən qiymət qoyurlar. Hansı ki, heç çoxlarının düz-əməlli səsləri də yoxdur. Həm də yaxşı olardı ki, bunu onların özündən soruşaydınız (gülür)”.

“Gələcəkdə övladınızın toyunu sadə, yoxsa təmtəraqlı keçirəcəksiniz” sualına isə Nəzakət Teymurova belə cavab verib:

“Allah hər bir valideynə övlad toyu görmək nəsib etsin. Yəqin ki, mənim övladımın toyu da sadə, adət-ənənələrimizə uyğun şəkildə olacaq. Əgər mən özüm bugünkü toylarımızı bəyənmirəmsə, israfçılığın, ifratçılığın əleyhinəyəmsə, başqa cür də hərəkət edə, bəyənmədiklərimi təkrarlaya bilmərəm. Bu, heç cür düzgün çıxmaz. Həm də mən özüm-özümə qarşı çıxmayacağam ki? Yəni, hər şey normal, qaydasında olacaq inşallah