Külli miqdarda pul oğurlayan qadın tutuldu

17

 

Sumqayıtda mənzildən külli miqdarda pul oğurlayan qadın tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Günay Ağayeva saxlanılıb.

Qadın oktyabrın 2-də Şəhrəbani Qarayevanın evindən 29.000 dollar, 800 manat pul və qızıl əşyalarını oğurlamaqda təqsirli bilinir.