Kürdəmirdə Novruz Bayramı

 

Martın 17-də rayonun Bayraq Meydanında Novruz bayramı münasibəti ilə təşkil olunmuş el  şənliyində  Kürdəmir  Rayon İcra  Hakimiyyətinin  Başçısı Ceyhun Cəfərov,  rayonun  hüquq-mühafizə orqanlarının ,  idarə ,  müəssisə və təşkilat  rəhbərləri  və  əmək kollektivləri,  ağsaqqallar və ziyalılar,  rayon sakinləri, gənclər, rayon  ictimaiyyətinin  nümayəndələri, eləcədə rayonda  məskunlaşmış məcburi köckün və qaçqınlar iştirak edirdilər.
Tədbir iştirakçıları rayonun bütün kəndlərinin öz adət-ənənələrinə uyğun novruz adətləri və qədim əşyalarlı ilə tanış oldular. Karrar, Köhünlü, Pirili, Atakişili, Şilyan kənd sakinlərinin nümayiş etdikləri qədim əşyalar, habelə novruz atributları daha yadda qalan oldu. Qədim muzey əşyaları, xalça və palazlar, qədim misgərlik əşyaları hamıda maraq oyadırdı. Xalça toxuyan, cəhrə əyrən, yun darayan qadınlar, habelə xalq rəqslərini məharətlə ifa edən milli geyimli oğlan və qızların çıxışları da alğışlarla qarşılandı. Kosa və keçəlin məsəkələri onların şən zarafatları əsl bayram ovqatı yaradırdı. Pəhləvanların bir-birindən maraqlı çıxışları, gənclərin qol güclərinin nümayiş etdirməsi,milli oyunların göstərilməsi hamıda marağa səbəb oldu. Kəndirbazın və onun keçisinin  çıxışları  isə  daha  yadda  qalan  oldu. Onların rəngarəng nömrələri, xalq rəqsləri alqışlarla qarşılandı.
Məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri baharın, Novruzun əlvan çalarlarını əks etdirməklə baxanlarda böyük zövq oyadırdı.Musiqi sədaları altında meydangirlik edən idmançılar,sinələrində ağır daşları oynadan pəhlivanlar,maraq dolu həyəcan yaradan kəndirbazlar,qədim milli oyun mərasimləri ,milli adət və ənənələrimiz əks etdirən digər meydan tamaşaları insanlardakı bayram əhval -ruhiyyəsini dahada artırırdı.Birbirindən gözəl  xalq musiqi  və  rəqsləri , muğam  və aşıq mahnıları bayram ab-havasına xüsusi rəng qatırdı. Bayraq Meydanının mərkəzində  ucaldılmış  Novruz    tonqalını Dədə Qorqudun  iştirakı  ilə yandırıldı. Bahar qız  “Cəngi”  sədaları altında rayon  ictimaiyyəti  və əhalisini  qarşıdan  gələn Novruz  bayramı  münasibətilə   təbrik etdi.   Dədə  Qorqud  xalqa  öz  Novruz arzularını söylədi, elə – ulusa xoşbəxtlik arzuladı.
Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi, onlara həyatda və əməli fəaliyyətdə daha böyük uğurlar arzuladı.  Xalqımızın ən qədim bayramlarından   biri  olan   Novruzun   evlərə  sevinc,  şadlıq gətirdiyini,   Novruzla bağlı   nəğmələr,  mərasimlər,  tamaşalar  isə şifahi  xalq  yaradıcılığımızın  ayrılmaz hissəsi olduğunu bildirdi.
Bayram  mərasimi incəsənət ustalarının iştirakı ilə verilən maraqlı konsert proqramı ilə davam etdi.