Kürdəmirlilərin tək seçimi İlham Əliyev

XALQ,AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər Ərəbxana, Təklə, Çöl- Qubalı, Məhərrəmli kəndlərində keçirilib. Görüşlərdə rayon təbliğat- təşviqat qrupunun üzvləri iştirak ediblər.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli qeyd edib ki, Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir: “Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb. İlk növbədə, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir. Ötən müddətdə rayonumuzda geniş quruculuq-abadlıq işləri həyata keçirilib, kənd və qəsəbələrə yollar çəkilib, qaz və işıqla təminat ən yüksək səviyyəyə çatıb, içməli su problemi müsbət həllini tapıb. Mən əminəm ki, məhz bütün bu və digər uğurlara görə, seçicilərimiz mövcud inikişafın davamlı olmasını istəyərək 11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər”.

Təbliğat qrupunun üzvlərindən Elmira Süleymanova, Yaqut Əşrəfova, Samir Nuriyev çıxış edərək bildiriblər ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib. Bunu bu müddət ərzindəki statistik rəqəmlər təsdiqləyir. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

Natiqlər cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər. Ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır.Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Kürdəmir seçiciləri aprelin 11-də əminliklə cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Seçicilərdən Ağasəf Sadıqov, Qədim Məmmədov, Rəhimağa Səfərov, Səfər Muradov çıxış edərək vurğulayıblar ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yaşayış səviyyəsinin yaxşılaşmasını, həm öz həyatımızda, həm də bütünlüklə ölkədə, rayonumuzda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik. Respublikamız, o cümlədən rayonumuz, kənd və qəsəbələrimiz hər gün daha da inkişaf edir. Bütün bu görülən işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, növbəti 7 ilimizin qarantı, İlham Heydər oğlu Əliyevə səs verərək öz liderimizə məhəbbətimizi, hörmətimizi səsvermə məntəqələrində fəallıqla təsdiqləyəcəyik

 

Elgün