Lənkəran haqqında qərəzli məlumat yayanların gözləri görmür?

4

Bəzi internet saytlarında  dərc olunmuş “2,5 milyon manatın aqibəti necə olub?” başlıqlı  yazı ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 29 iyul  2013-cü  il tarixli  sərəncamı ilə Lənkəran rayonunun  15 yaşayış  məntəqəsini birləşdirən 18 km-lik  Vilvan-Zövlə-Boladi-Liman avtomobil  yolunun birinci hissəsinin əsaslı  təmirindən  ötrü  2,5 milyon  manat vəsait  ayrılmışdır.  Həmin vəsait hesabına  sözügedən  yolun  7 metr enliyində  8 km-lik  hissəsi  əsaslı  təmir olunaraq  asfaltlanmışdır. Yolun qalan  hissəsinin, yəni Zövlə-Boladi-Liman yolunun  əsaslı təmirindən  ötrü  vəsaitin  ayrılması  nəzərdə tutulmuşdur. Vəsait ayrılan kimi  yolun ikinci hissəsinin əsaslı təmiri və  asfaltlanması  işi davam  etdiriləcəkdir. Bununla belə sözügedən yolun təmiri üçün vəsaitin ayrılması və işin icrası barədə saytınızda yazılanların heç biri həqiqətə uyğun deyil. Bəlkə də, sizin istinad etdiyiniz naməlum mənbəələr sizi məsxərəyə qoyublar. Necə ola bilər ki, yüksək səviyyədə abadlaşdırılaraq asfaltlanmış və on minlərlərlə insanın sevincinə səbəb olmuş təzə yol sizin və sizin “kəşfiyyatçılarlınızın”  gözünə pis görünür. Yəqin, düzü əyri görmək, reallığı inkar etmək sizin düşüncə tərzinisdir. Gərək nə qədər  geri zəkalı olasan ki, bu boyda yalanı uydurasan və mənəvi çatışmazlığını ictimaiyyətə açıb göstərəsən. Hər iki halda utandırıcı əməldir. Buyurun təqdim etdiyimiz şəkillərə baxın və həqiqəti görun.

0104

02