Lənkəranda konfrans keçirilib

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.

XALQ.AZ xəbər verir ki,  Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş xronikanı əks etdirən video-çarxın nümayişi ilə başlamış konfransı giriş sözü ilə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açıb.

İcra başçısı nitqində Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli dövlət və siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunmasında və rəvan inkişaf yoluna çıxmasında göstərdiyi misilsiz xidmətlərindən söz açaraq bu tarixi xidmətlərin xalq tərəfindən həmişə ehtiramla xatırlandığını diqqətə çatdırıb. İcra başçısı müasir Azərbaycan dövlətinin inamla irəliləyərək dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsinin Ulu Öndərin müdrik düşüncəsi və yorulmaz fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb. Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin yaxından diqqəti ilə Lənkəran rayonunun da daim inkişaf etdiyini və bü gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin davamlı diqqətilə rayonda iqtisadiyyatın bütün sahələrində, sənayedə, kənd təsərrüfatında, mədəni quruculuqda böyük uğurların qazanıldığını bildirib.

Sonra İcra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda məruzə etmişdir. Məruzə ətrafında çıxışlarda Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən söz açıblar.

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir