Bəzi internet saytlarında dərc olunmuş “2,5 milyon manatın aqibəti necə olub?” başlıqlı yazı ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 iyul 2013-cü il tarixli sərəncamı ilə Lənkəran rayonunun 15 yaşayış məntəqəsini birləşdirən 18 km-lik Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun birinci hissəsinin əsaslı təmirindən ötrü 2,5 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına sözügedən yolun 7 metr enliyində 8 km-lik hissəsi əsaslı təmir olunaraq asfaltlanmışdır. Yolun qalan hissəsinin, yəni Zövlə-Boladi-Liman yolunun əsaslı təmirindən ötrü vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Vəsait ayrılan kimi yolun ikinci hissəsinin əsaslı təmiri və asfaltlanması işi davam etdiriləcəkdir. Bununla belə sözügedən yolun təmiri üçün vəsaitin ayrılması və işin icrası barədə saytınızda yazılanların heç biri həqiqətə uyğun deyil. Bəlkə də, sizin istinad etdiyiniz naməlum mənbəələr sizi məsxərəyə qoyublar. Necə ola bilər ki, yüksək səviyyədə abadlaşdırılaraq asfaltlanmış və on minlərlərlə insanın sevincinə səbəb olmuş təzə yol sizin və sizin “kəşfiyyatçılarlınızın” gözünə pis görünür. Yəqin, düzü əyri görmək, reallığı inkar etmək sizin düşüncə tərzinisdir. Gərək nə qədər geri zəkalı olasan ki, bu boyda yalanı uydurasan və mənəvi çatışmazlığını ictimaiyyətə açıb göstərəsən. Hər iki halda utandırıcı əməldir. Buyurun təqdim etdiyimiz şəkillərə baxın və həqiqəti görun.
Comments are closed.